Moskvada azərbaycanlılar dava saldı

Moskvanın Şərqi İzmaylovo rayonunda restoran işçiləri ilə buraya gələn qonaqlar arasında dava olması ilə bağlı polisə məlumat daxil olub.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Moskva” agentliyi məlumat yayıb.

Hadisə avqustun 1-i, gecə saatlarında baş verib. Məlumata əsasən, davada 10 nəfər iştirak edib. Hadisə yerinə gələn polislər silahdan havaya üç dəfə xəbərdarlıq atəşi açmalı olublar.

Hadisə zamanı restoranın mühafizəçisi, Dağıstan vətəndaşı, eləcə də, iki nəfər Azərbaycan vətəndaşı xəsarət alıb.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir