Qızıl bahalaşması toy üzüklərinə də çatdı – qonşu ölkədə bir cütü bu qiymətə olacaq

Qızıl bahalaşması toy üzüklərinə də çatdı – qonşu ölkədə bir cütü bu qiymətə olacaq

Rusiyada toy üzüklərinin qiymətində ciddi artım gözlənilir. 2027-ci ildə onların təxminən 20 faiz bahalaşacağı proqnozlaşdırılır.

ARANTV.AZ  xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bahalaşmanın əsas səbəbləri sentyabrın 1-dən qızıl hasilatı qaydalarının sərtləşdirilməsi və zərgərlik məmulatları istehsalçıları üçün verginin 20 faizdən 22 faizə qaldırılmasıdır.

Hazırda Rusiyada bir cüt toy üzüyünün orta qiyməti 80 min rubl təşkil edir. Yeni ildən sonra isə bir cütün qiymətinin 92 min rubla (təxminən 1823 manat) çatacağı gözlənilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir