Əsas səhifə 

Prezident İlham Əliyev Gədəbəydə 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 11,4 milyon manat ayırıb

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev avqustun 1-də “Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Daha çox xəbərlər

Leave a Comment