Azərbaycanda yaşı 60-dan çox olan bu qədər adam evlənib – RƏSMİ

Azərbaycanda yaşı 60-dan çox olan bu qədər adam evlənib – RƏSMİ

Azərbaycanda ötən il 60 və yuxarı yaşda nikaha daxil olanların sayı açıqlanıb.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 60 və yuxarı yaşda olan şəxslər arasında 1079 nikah qeydiyyata alınıb. Həmin şəxslərdən 740-ı kişilər, 339-u isə qadınlar olub.

Qeyd edək ki, rəsmi qeydə alınan nikahların yaş bölgüsünə dair statistik məlumatlar illik dövriliklə əldə olunur.

Həmidə İbrahimova

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir