ARANTV.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bir sıra şərab məhsullarının idxalına 31 dekabr 2030-cu ilədək 15% gömrük rüsumu tətbiq ediləcək. Lakin rüsum hər litr üçün 3 ABŞ dollarından az olmayacaq.
Spirtin faktiki qatılığı 18% və ya daha az olan bəzi şərablar üçün isə rüsum 15%, lakin 1 litrə 2 ABŞ dollarından az olmamaqla müəyyən ediləcək.
Bundan başqa, hazırda gömrük rüsumu tətbiq edilməyən bəzi şərab məhsullarının idxalına da 31 dekabr 2030-cu ilədək 15%, lakin 1 litrə 3 ABŞ dollarından az olmamaqla rüsum tətbiq olunacaq.
Qərarla qatılaşdırılmış şərablar üzrə də dəyişiklik edilib. Bu məhsullar üçün də həmin tarixədək gömrük rüsumu 15%, lakin 1 litrə 3 ABŞ dollarından az olmamaqla müəyyənləşdirilib.
Qeyd edək ki, qərarda konyak, viski, rom, cin, ardıc tinkturası, vodkanın gömrük rüsumu dəyişib.
Belə ki, idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.
Qərar 90 gün sonra qüvvəyə minəcək.

