Səkidə yatan sərxoşun 2200 manatını apardılar
Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində oğurluq faktı baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Şabran rayon sakini Nəriman Ağayev sərxoş halda səkinin üstündə yuxulayıb. Ayılanda isə cibindəki 2200 manat və mobil telefonunun yoxa çıxdığını görüb.
Baş vermiş hadisə ilə bağlı 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkmişin izahatı alınıb. Hazırda onun həqiqətən cibində 2200 manat pulunun olub-olmaması araşdırılır.ölkə.az

