Azərbaycanda ərzaq məhsullarının küçə ticarətinə nəzarət artırılır.
ARANTV.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində nəzarət gücləndiriləcək.

