İlin son Günəş tutulması avqustda olacaq

İlin son Günəş tutulması avqustda olacaq

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək.

ARANTV.AZ xəbər verir ki, bu barədə Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bu tutulma, tam Günəş tutulması olacaq. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə, təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.(yeni sabah)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir