Hadisə 

Usta ehtiyatsızlıqdan dünyasını dəyişdi

Hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Telman Hüseynov  fərdi yaşayış evinin 3-cü mərtəbəsində təmir işləri görərkən ehtiyatsızlıq nəticəsində yıxılaraq ölüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, dünyasını dəyişən T.Hüseynov  fərdi yaşayış evində usta işləyib.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

ölkə.az

Daha çox xəbərlər

Leave a Comment