Natiq Cəfərli: “220 manat alanların ödənişi artırılmalıdır”

Natiq Cəfərli: “220 manat alanların ödənişi artırılmalıdır”

“Bu problemin yeganə çıxış yolu var. Yaşa görə müavinət alanların ödənişləri artırılmalıdır, vəssalam”.

ARANTV.AZ  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yaşa görə 220 manat aylıq sosial müavinət alanların statistikası ilə bağlı danışarkən deyib.

Ekspert məsələnin kifayət qədər ciddi olduğunu bildirib:

“Bunun başqa yolu yoxdur. Nə edə bilərik? Onlar üçün ya nəqliyyat, ya da kommunal xidmətlər pulsuz olmalıdır. Ödənişlər artırılmalıdır. Bu məsələdə çox düşünməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu 2026-cı ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların statistikasını açıqlayıb. Hazırda ölkədə 178 498 nəfər 220 manat sosial müavinət alır. Onların 39,9 faizini kişilər, 60,1 faizini isə qadınlar təşkil edir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir