Siyasət 

XİN: Azərbaycan Ermənistana kifayət qədər güzəştə gedib

Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir.

ARANTV.AZ  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına cavab olaraq deyib.

Onun sözlərinə görə, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır:

“Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik”.

Bundan əvvəl, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat verdikdən sonra Ermənistan mümkün güzəştlər haqqında danışa bilər.

oxu.az

 

Daha çox xəbərlər

Leave a Comment