Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, and içənlər arasında bu il instituta qəbul olunmuş Şamaxı rayonunun Göylər kəndindən olan üç qız da var.
Onların hər üçü Göylər kənd 1 saylı tam orta məktəbin məzunlarıdır:
1. Salahova Fatimə Toğrul qızı (420 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
2. Alıyeva Ayan Əfqan qızı (412 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
3. Sayadova Xumar Şıxməmməd qızı (355 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
Bir orta məktəbdən eyni ildə məzun olmuş 3 qız şagirdin hərbi profilli eyni ali məktəbə qəbul olması nadir hadisə sayıla bilər.
Qeyd edək ki, Milli Müdafiə Universiteti 5 mart 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Həmin tarixli fərmanla Heydər Əliyev adına Ali Hərbi Məktəbin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilib.




