Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı

Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı

Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.

Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Neptun” supermarketdən xiyar turşusu alıb.

Vətəndaşın sözlərinə görə, sözügedən məhsul “TALA” brendi ilə satılan xiyar turşusudur.

İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən azxeber.com-un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan görüntü nəzarətə götürülüb:

“Qeyd olunan görüntü AQTA-nın Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb. Agentliyin müfəttişləri tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq tədbirlər həyata keçirilməkdədir”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir