İranın Fars körfəzindəki təlimlərini izləyirik – Riçardson
ABŞ İranın Fars körfəzindəki hərbi təlimlərini diqqətlə izləyir.
ARANTV.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Con Riçardson deyib. Onun sözlərinə görə, ABŞ bu regionda gəmilərin azad hərəkətini bundan sonra da dəstəkləyəcək:
“İranın keçirdiyi təlimdə onlarla gəmi iştirak edir. Əgər İran Hörmüz boğazını bağlasa, ABŞ və müttəfiqləri yaranan təhdidin öhdəsindən gələ biləcəklər”.
axar.az

