Kolumbiyadan Avropaya kokain göndərən azərbaycanlı tutuldu
İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.
ARANTV.AZ irtualaz.org-a istinadən xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin yazıb.
Məlum olduğuna görə, azərbaycanlı şəxs Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib.
“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”, – Abroskin yazıb.

