“Unutma, Renka brenddir”
“Siz heç vaxt Renka olmayacaqsınız. O artıq var və Renkadır”. Bu sözləri maqazin jurnalisti və PR meneceri Elton Hacıyev ARANTV.AZ-a söyləyib. PR Menecer adlarını çəkmədiyi rəqqasələrinin “Stil simvol” ləqəbi ilə tanınan rəqqasə Renkanı təkrarladığını deyərək, sərt tənqid edib: “Renkanı təkrarlayaraq onlar orijinalı xatırladırlar və onu daha da qiymətləndirirlər. Düzdür, bu da alınmır, bir az da çalışsalar ikincisi ola bilərsiniz. Bu insanlara yazığım gəlir. Renka – bu, brenddir. Unutmayın! Həyatda özünü tapmayan insanlara yazığım gəlir”.

