MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA

MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA

2026-cı il üzrə MİQ-in müsahibə mərhələsindən keçə bilməyənlərin sayı açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2026-cı il üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinə ümumilikdə 5 027 namizəd dəvət olunub.

Məlumata görə, bu il müsahibə mərhələsində ümumilikdə 4 418 namizəd iştirak edib. Onlardan 205 nəfər isə uğursuz nəticə göstərib.

Qeyd edək ki, bu il 14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib./Bizim.Media

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir