Azərbaycanda əsəb xəstələrinin sayı 48 faiz artdı – STATİSTİKA

Azərbaycanda əsəb xəstələrinin sayı 48 faiz artdı – STATİSTİKA

Azərbaycanda ötən il 59 779 nəfərə sinir sistemi xəstəlikləri üzrə diaqnoz qoyulub.

ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, 30 və yuxarı yaşlı əhalinin xəstəlik sinifləri üzrə təsnifatında ən çox artımlardan biri sinir sistemi xəstəlikləri üzrə qeydə alınıb. Belə ki, 2024-cü il ilə müqayisədə artım 47,8% olub.

İnfeksion və parazitar xəstəliklər üzrə yoluxmalar isə illik müqayisədə 44,7% azalaraq 64 066 ədəd, yeni törəmələr 15,9% azalaraq 15 611 ədəd, maddələr mübadiləsi və qidalanma pozuuntuları 24,2% azalaraq 48 984 ədəd, tənəffüs orqanlarının xəstəlikləri 24,2% azalaraq 346 788 ədəd, həzm sisteminin xəstəlikləri 7,4% azalaraq 105 187 ədədə enib.

Könül

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir