ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev deyib.
O, azalmanın əsas səbəblərindən biri kimi quzu və buzovların yetişdirilmədən kütləvi şəkildə kəsilməsini göstərib:
“Bu quzu gələcəkdə qoyun və ya qoç, buzov isə inək olmalıdır. Amma heyvanlar böyümədən kəsilir və təsərrüfatın davamı yaranmır”.
Komitə sədrinin sözlərinə görə, aqrar siyasətin məqsədi daha iri və məhsuldar təsərrüfatların yaradılması olmalıdır, çünki subsidiyaların belə təsərrüfatlarda istifadəsi daha böyük iqtisadi səmərə verə bilər.
“Orta və kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Ancaq qarşıya qoyulan məqsəd daha iri təsərrüfatlar yaratmaq və subsidiyaların faydasını artırmaqdır”, – T.Rzayev bildirib.
Mürtəza

