Qadının bazarda pul kisəsi oğurlandı
Hadisə Nizami rayonunda yerləşən 8-ci km bazarında qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, Naxçıvanski küçəsi 48-də Şayluq Davudovanın əl çantasından 230 manat olan pul kisəsi oğurlanıb. Zərərçəkən dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. 24-cü Polis Şöbəsinə çağırılan qadının izahatı alınıb. Ş. Davudova izahatında bildirib ki, geyim mağazasında paltar seçən zaman əl çantasını mizin üzərinə qoyub. Təxminən 15 dəqiqə sonra paltarın pulunu vermək üçün çantanı açanda 230 manat pulunun oğurlandığını görüb.
Faktla bağlı 24-cü Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
ölkə.az

