Dünya 

Azərbaycanlının Leninqrad meşəsində qorxunc tapıntısı

Avqustun 8-i, gecə saatlarında Rusiyanın Leninqrad vilayətinin Vsevoloj rayonunda Azərbaycan vətəndaşı yerli parklardan birində ağacdan asılmış qadın cəsədi aşkar edib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Leninqradda yaşayan azərbaycanlı Buqra qəsəbəsindəki parkda gəzərkən istəmədən qorxunc hadisə ilə üzləşib: Park küçəsindəki 6-cı evin arxasında ağacdan qadın cəsədi asılıb.

Həmin qadının əynində cins və ağ gödəkcə olub, sinəsində çantası asılıb. O, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb. Ölən şəxsin 35 yaşlı qəsəbə sakini olduğu bildirilib.

Cəsəd morqa göndərilib. Onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Daha çox xəbərlər

Leave a Comment