Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət etdilər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət etdilər – FOTO

Sentyabrın 21- də Alban-Udi xristian dini icmasının üzvləri Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədini ziyarət ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.az-a verilən məlumata görə, icma üzvləri ziyarət zamanı məbədin ərazisi ilə tanış olub, burada ibadət edərək dualar oxuyublar. Ziyarət zamanı dini ayinlər icra olunub, şamlar yandırılıb.

Qeyd edək ki, Ağdərə rayonu Vəngli kəndində yerləşən Gəncəsər məbədi bölgənin qədim dini-mədəni irs nümunələrindən biri kimi diqqət çəkir. Alban-Udi xristian dini icmasının nümayəndələri üçün məbədin ziyarəti dini ənənələrin yaşadılması və tarixi irsin qorunması baxımından əhəmiyyət daşıyır.

 

 

 

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir