Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA

Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA

Azərbaycanda kənd yerlərində yaşayan əhali üçün qaz və elektrik enerjisinə tətbiq olunan limitlərin ləğvi məsələsi gündəmdədir. Xüsusilə qış aylarında enerji istehlakının artması kənd sakinlərinin kommunal xərclərini yüksəltdiyindən, limitlərin aradan qaldırılmasının ailə büdcəsinə necə təsir göstərəcəyi maraq doğurur.

Bəs mövcud iqtisadi şəraitdə belə bir dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı iqtisadi vəziyyət kommunal ödənişlər üzrə limitlərin ləğvinə imkan verən şərait yaratmır:

“Hazırda ölkədə ciddi iqtisadi artım yoxdur. Dövlət büdcəsinin vəsait toplamaqla bağlı problemləri mövcuddur. Kommunal təşkilatların qarşısında da ən azı öz xərclərini əldə etdikləri gəlirlər hesabına qarşılamaq məqsədi qoyulub. Bu baxımdan kommunal xidmətlər üzrə hər hansı güzəşt və ya ödənişlərin azalmasını gözləmək çətindir.

Əksinə, gələcəkdə kommunal xərclərin artması ehtimalı da istisna edilə bilməz. Ona görə də qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin yaxın zamanda ləğv ediləcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, limitlərin aradan qaldırılması kənd sakinlərinin müəyyən dövrlərdə kommunal ödənişlərinin azalmasına şərait yarada bilsə də, hazırkı iqtisadi şərtlər belə bir qərarın qəbul olunmasını real göstərmir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir