Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq

Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq

Hazırda hərbi qulluqçuların əmək pensiyasının ümumi məbləği son təminat xərcliyinin maksimum 100 faiz həcmində hesablana bilər. İslahatdan sonra isə Müdafiə Nazirliyi sistemindən xidmətdən buraxılacaq şəxslərin əmək pensiyası və aylıq pensiya əlavəsinin ümumi məbləği təminat xərcliyinin 100 faizini də keçə biləcək.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, bütün hərbi qulluqçulara münasibətdə hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq. Bu dəyişiklik isə hərbi qulluqçular sırasından ixtisaslı peşəkar kadrların hərbi xidmətini davam etdirməsinə təşviq edəcək.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir