Bərdə Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçrilib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçrilib.

Tədbirdə tibb müəssisəsinin İlkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə, İnzibati məsələlər üzrə müavin Vasif İsmayılov, tibb müəssisəsində fəaliyyət göstərən şəhid anaları, qazilər, veteranlar, şöbə, bölmə müdirləri və xəstəxana personalı iştirak edib.
Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Peyman Bədəlzadə çıxış edərək, 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik və qəhrəmanlıq nəticəsində ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi Zəfər qazanılıb.
Daha sonra Vətən müharibəsi veteranı Vaqif Qasımov çıxış edərək müharibə illərində yaşanan hadisələrdən, döyüş yoldaşlarının göstərdiyi şücaət və fədakarlıqdan bəhs edib. Veteran şəhid silahdaşlarının əziz xatirəsini ehtiramla yad edərək onların Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağını vurğulayıb. Tədbirdə şəhid Mehdizadə Mirpaşanın anası Maral İsmayılova çıxış edərək övladının Vətən uğrunda canından keçməsinin onun üçün həm böyük bir qürur, həm də əvəzsiz itki olduğunu bildirib. Şəhidlərin xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Daha sonra Vətən müharibəsi qazisi Dursun Manaflı çıxış edərək müharibə zamanı yaşananlardan, döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqdan və Vətən uğrunda mübarizənin müqəddəsliyindən bəhs edib.
Tədbirin sonunda video-çarx nümayiş olunub.

Daha az göstər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər. Bir bir və ya daha çox şəxs və xəstəxana şəkili ola bilər. Bir bir və ya daha çox şəxs şəkili ola bilər. Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və xəstəxana şəkili ola bilər. Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir