“Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

ARANTV.AZ  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib. Məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib.

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir