“Formula-1″in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub

“Formula-1″in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub

“Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

Bu barədə Musavat.com-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və “Azneft” dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

“Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.

Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir