Əvəz Zeynallının dəfn yeri açıqlandı

Əvəz Zeynallının dəfn yeri açıqlandı

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı sabah Kürdəxanı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Xalq Partiyasının lideri, sabiq baş nazir Pənah Hüseyn məlumat verib.

O bildirib ki, mərhum jurnalist sabah saat 12-də vida mərasimindən sonra Binəqədidə yerləşən evindən dəfnə aparılacaq.

Xatırladaq ki, Əvəz Zeynallı bu gün 56 yaşında vəfat edib. Jurnalist bir müddət idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir