Palçıq vulkanlarına turistlərin nəzarətsiz səfərləri təbii irsə ziyan vura bilər

Palçıq vulkanlarına turistlərin nəzarətsiz səfərləri təbii irsə ziyan vura bilər

“Palçıq vulkanları Azərbaycanın ən çox tanınan təbii irs nümunələrindən biridir”.

Bunu Plat.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

Onun sözlərinə görə, dünyadakı palçıq vulkanlarının təqribən yarısı Azərbaycanda yerləşir:

“Biz təbii olaraq bu irsimizə sahib çıxmalı, onu qorumalı və düzgün formada turistlərə və ictimaiyyətə çatdırmalıyıq. Burada turistlərin yalnız müəyyən edilmiş istiqamətlər üzrə hərəkət etməsi üçün xüsusi yollar ayrılıb. Bununla da onlar həmin marşrut üzrə hərəkət edərək vulkanları müşahidə edə bilirlər”.

M.Ağabəyli qeyd edib ki, digər ərazilərdə yerləşən palçıq vulkanlarına turistlərin nəzarətsiz və xaotik səfərləri də müşahidə olunur.

“Belə hallar təbii irsimizə ziyan vura bilər. Bu, ilk növbədə, həmin turistlərin sağlamlığı üçün təhlükə yaradır. Eyni zamanda, bu formada hərəkət təbii irsə vurulan ziyan kimi qiymətləndirilə bilər”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir