Hadisə 

Balakən sakini itkin düşüb

Balakən sakini naməlum şəraitdə itkin düşüb.

ARANTV.AZ xəbər verir ki, 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlu avqustun 10-da Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment