İtaliyanın Jesolo şəhərində keçirilən Dünya çempionatında Azərbaycanı təmsil edən Ayxan Allahyarlı uğurlu nəticə göstərərək yarışın qalibi olub.
Ayxan Allahyarlı çempionat çərçivəsində ümumilikdə 4 döyüş keçirib. O, Latviya, Qırğızıstan və İsraildən olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə isə Yunanıstan təmsilçisinə qalib gələn idmançı Dünya çempionatının qızıl medalına sahib olub.
İdmançı bildirib ki, yarış onun üçün həm çətin, həm də böyük həyəcanla yadda qalıb.
Ayxan Allahyarlı qeyd edib ki, sentyabrın 18-də İtaliyaya yola düşüb və sentyabrın 27-də Azərbaycana qayıdıb. O, Dünya çempionatında Azərbaycanı layiqincə təmsil etməkdən və kürsünün ən yüksək pilləsinə yüksəlməkdən qürur duyduğunu bildirib.
Qeyd edək ki, Jesoloda keçirilən Dünya çempionatında müxtəlif ölkələrdən idmançılar iştirak edib.


