Dünya 

Pakistanda mədən çökdü – Ölənlər və itkin düşənlər var

Pakistanın qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı 7 nəfər həlak olub.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, çökmədən əvvəl mədəndə partlayış baş verib.

Hadisə zamanı mədəndə 13 nəfər işçi olub. Hazırda digər 6 nəfərin axtarışları aparılır.

Partlayışın baş vermə səbəbləri ilə bağlı da araşdırma aparılır.

Daha çox xəbərlər

Leave a Comment