Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Şuşa şəhərində görüşüblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bəyanatda qeyd olunub:
“Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhəri ilə tanış olublar”.
Qeyd edək ki, hər üç ölkənin müdafiə idarələri rəhbərlərinin iştirakı ilə keçirilən bu ənənəvi üçtərəfli format regional təhlükəsizlik, hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

