“Heç kim bizə “bunu belə et” deyə bilməz” – Prezidentin mesajına deputdan diqqətçəkən ŞƏRH

“Heç kim bizə “bunu belə et” deyə bilməz” – Prezidentin mesajına deputdan diqqətçəkən ŞƏRH

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində çox mühüm bir vaxtda, mühüm bir mərhələdə keçirildi. Çünki artıq bu qurultay ərazi bütövlüyümüzün tam bərpası, eyni zamanda suverenliyimizin tam təmin olunması, bütün Azərbaycan ərazisində Azərbaycan Konstitusiyasının işlədiyi bir dövrə təsadüf edir.Prezident İlham Əliyev də öz çıxışında xüsusi vurğuladı ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıq şəraitində keçirilir. Cənab Prezident Azərbaycanın qarşısında duran bir sıra tarixi vəzifələrin həyata keçirilməsinin mühüm nəticəsi kimi bunu qeyd etdi.
Əsas məsələ bundan ibarətdir ki, Zəfərin qeyd olunması, təbii ki, böyük bir məsələdir”.

Picture backgroundBu sözləri Musavat.com-a açıqlamasında  deputa Arzu Nağıyev deyib.  O qeyd edib ki, Prezidentin mesajlarında əsas diqqət Zəfərdən sonrakı mərhələnin mahiyyətinə yönəlib: “Azərbaycan artıq öz təhlükəsizliyini, hərbi və iqtisadi potensialını daha da gücləndirməli, beynəlxalq mövqelərini möhkəmləndirməli və yeni regional reallıqlardan milli inkişaf naminə istifadə etməlidir. Prezident bunu qarşıya qoyulan əsas məsələlərdən biri kimi qeyd etdi. Burada əsas məqam ondan ibarətdir ki, kimlərsə müdafiə və təhlükəsizlik xərclərinə daha çox diqqət yetirilməsinin, onun artırılmasının səbəblərini gündəmə gətirməyə çalışırlar. Lakin Cənab Prezident də öz çıxışında qeyd etdi ki, bu, sülhün bərqərar olunması istiqamətində atılan addımlar və sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə müharibələrin getməsi fonunda məhz Azərbaycanın daha güclü olması üçün atılan addımlardır”.

Onun dediyinə görə, Prezident öz çıxışında əsas vəzifələrdən biri kimi hərbi gücün artırılmasını, iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını, Böyük Qayıdışın davam etdirilməsini və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsini xüsusi vurğulayıb:”Orta müddətdə ölkə ərazisindən keçən tranzit yük həcminin 30 milyon tona çatdırılması hədəfi Azərbaycanın nəqliyyat-logistika imkanlarının strateji əhəmiyyətini göstərir”.

Arzu Nağıyev qeyd edib ki, Prezidentin çıxışında ən mühüm mesajlardan biri də Zəfərin əldə edilməsindən sonra qarşıda yeni məsuliyyətli mərhələnin dayandığını vurğulaması idi: “Bu yanaşma çox mühüm məsələdir. Suverenliyin bərpası son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Qarabağın, Şərqi Zəngəzurun gücləndirilməsi, güclü ordu, iqtisadi dayanıqlıq, nəqliyyat və enerji layihələri, insanların öz doğma torpaqlarına qayıdışı – bunlar çox mühüm məsələlərdir. Eyni zamanda beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi bu mərhələnin əsas istiqamətlərindəndir. Zənnimcə, bu baxımdan VIII Qurultay həm də gələcəyə baxış qurultayı kimi xarakterizə oluna bilər. Azərbaycanın qarşısında artıq işğal olunmuş ərazilərin azad edilməsi deyil, əldə edilmiş suverenliyin və ərazi bütövlüyünün, dövlət gücünün davamlı şəkildə möhkəmləndirilməsi, ölkənin regional və beynəlxalq əhəmiyyətinin daha da artırılması vəzifəsi dayanır.Cənab Prezidentin çıxışında Azərbaycanın öz imkanlarına arxalanması xətti də çox mühüm əhəmiyyət kəsb edir. Siyasi müstəqillik, iqtisadi müstəqillik, güclü hərbi potensial, milli imkanlardan maksimum istifadə edilməsi, düşünürəm ki, Ali Baş Komandanın uzunmüddətli inkişaf strategiyasının əsas dayaqları kimi təqdim olunurdu. Eyni zamanda, Cənab Prezident bir sıra dövlətlərə də mesajlar ötürdü ki, biz bu gün müstəqilik. Biz bu gün öz siyasətimizi suveren və müstəqil şəkildə həyata keçiririk. Balanslı siyasətimizi də qoruyuruq. Bizim üçün kimsənin bizə istiqamət göstərməsi və yaxud “bunu belə et” deməsi əhəmiyyət kəsb etmir. Çünki biz müstəqilik.Biz bu gün çox çətin sınaqlardan keçərək bugünkü nailiyyətlərə nail olmuşuq. Bir daha qeyd etmək istəyirəm ki, Cənab Prezidentin çıxışında da vurğulanan əsas məqam ərazi bütövlüyü, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir