“Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq”.
Bu fikirləri Prezident İlham Əliyev hakim partiyanın qurultayında deyib.
Dövlət başçının söızıribı görə, beynəlxalq hüquq tamamilə sıradan çıxıb: “Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”.
Prezident şimal və cənubda gedən müharibələri deyərkən, təbii ki, Rusiya və İranın münaqişə vəziyyətində olmasına işarə vurub.
TV Musavat-ın saat 12:10-da canlı yayımlanan “Həftə içi” efirinin qonağı hüquqşünas Qulamhüseyn Əlibəylidir.

