Salyanda iki avtomobil toqquşdu, ölən var

Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  bildirir ki, DİN-dən trend-ə verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi “VAZ-2107” və Vasif İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.