Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov yeni açıqlama verib.
ARANTV.AZ xəbər verir ki, açıqlamaya əsasən, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin müavinləri bu ilin payızında Bakıda görüş keçirəcəklər. Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə məsləhətləşmələr aparılacaq.
Qazaxıstanlı nazir qeyd edib ki, Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və Rusiya dövlət başçılarının tapşırıqlarına və qəbul edilən sənədlərdə müəyyən olunan müddəalara əsasən, bu görüş altı aydan gec olmayaraq keçirilməlidir: “Bundan əlavə, bu ilin payızında qrupun bir araya gələcəyi və işə başlayacağı ilə bağlı razılıq əldə olunub. İlkin olaraq, görüş Azərbaycanda keçirilməlidir”.
Ölkə.Az
