Londonda avtomobili insanların üzərinə sürdülər
Londonda parlament binası qarşısında avtomobilin çəpərə çırpılması nəticəsində bir neçə piyada yaralanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə yerli vaxtla saat 07:37-də baş verib.
Avtomobil parlament qarşısındakı çəpərə çırpılıb.
“Sürücü hadisə yerində saxlanılıb. Bir neçə piyada yaralanıb”, – deyə polisin məlumatında qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl bir neçə Avropa paytaxtında avtomobilin piyadaların üzərinə sürülməsi ilə kütləvi terror aktları törədilib.
oxu.az