Yağışda avtobusa minərkən bunu etməyin – sərnişinlərə XƏBƏRDARLIQ

Yağışda avtobusa minərkən bunu etməyin – sərnişinlərə XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə havanın yağışlı keçəcəyi gözlənilir. Bu səbəbdən sərnişinlərə avtobuslardan istifadə zamanı diqqətli olmaları ilə bağlı müraciət edilib.

Bu barədə avtobus operatorundan məlumat verilib.

Bildirilib ki, yağışlı havalarda avtobusa daxil olmazdan əvvəl çətirləri bağlamaq vacibdir. Sərnişinlərdən bağlı çətirləri aşağıya doğru və özlərinə yaxın saxlamaları xahiş olunub.

Qeyd edilib ki, bu, digər sərnişinlərin və oturacaqların islanmasının qarşısını alacaq və ictimai nəqliyyatda hər kəs üçün daha rahat səfər şəraiti yaradacaq.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir