İdman 

“Trabzonspor” Şeydayevi üstündə pulla birgə dəyişdirir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin digər klubuna keçə bilər.

ARANTV.AZ xəbər verir ki, forvardın “Osmanlıspor”un nigeriyalı futbolçusuAminu Umarla dəyişdirilməsi variantı var.

Fabian Kastilyonun gedişindən sonra “Trabzonspor” uzun müddətdir danışıq apardıqları afrikalı hücumçu üçün “Osmanlıspor”la təmasa keçib. Trabzonlular Umar müqabilində qarşı tərəfə Ramil Şeydayev və 350 min avro pul təklif ediblər. “Osmanlıspor” hələlik bu təklifə heç bir cavab verməyib.

Bununla belə, Avstriyanın “Matersburq” klubu Ramil Şeydayevin transferindən əl çəkmək istəmir. Bu komandanın baş məşqçisi Qerald Baumqartner verdiyi açıqlamasında onu istədiklərini bir daha bildirib.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment