Cəmiyyət 

Azərbaycanda gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual – Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib.

ARANTV.AZ Musavat.coma istinadən verdiyi xəbərə görə, bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər

Leave a Comment