ÜST-ün əməkdaşı Rusiyada taundan ölüb, onun 60 iş yoldaşı təcrid edilib

ÜST-ün əməkdaşı Rusiyada taundan ölüb, onun 60 iş yoldaşı təcrid edilib

Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı Darya Şipilovanın ölümündən sonra mütəxəssislər onunla təmasda olan insanları müayinə ediblər.

ARANTV.AZ  xarici mediaya istinadla xəbər verir ki, onların simptomsuz olduqları məlum olub, ona görə də ÜST xəstəliyə yoluxmanı Rusiya üçün riski aşağı hesab edir.

ÜST nümayəndəsi Kristian Lindmeyer regionlar üzrə qiymətləndirməni aydınlaşdırıb. İrkutsk üçün risk orta və aşağı, Avropa ölkələri üçün isə çox aşağıdır.

Darya Şipilova 28 yaşında idi. O, İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə Tədqiqat İnstitutunda işləyirdi. Medianın məlumatına görə, onun təxminən 60 həmkarı testdən keçmək üçün institut binasında təcrid olunub. Bölgədəki beş tibb müəssisəsində də məhdudiyyətlər tətbiq edilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov insanları şayiələrə deyil, “Rospotrebnadzor”un hesabatlarına etibar etməyə çağırıb. Agentlik laboratoriya qəzası olmadığını və yeni yoluxma hallarının olmadığını bildirib. İşçinin ölüm səbəbi “naməlum etiologiyalı pnevmoniya” kimi göstərilib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir