Dünya 

İtaliyada körpü uçdu, onlarla ölən var – YENİLƏNİB + VİDEO

İtaliyanın şimal-qərbində – Genuyada uçan avtomobil körpüsünün dağıntılarının altından sağ qalanlar tapılıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Rai News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, dağıntılar altından yeddi nəfər çıxarılıb. Onları helikopterlə şəhər xəstəxanalarına daşıyıblar.

Qeyd olunur ki, yaralıların bir çoxunun beli sınıb.

Telekanal İtaliya DİN-dəki mənbələrinə istinadən artıq 11 nəfərin, o cümlədən bir körpənin meyitinin tapıldığını bildirir.

15:51

İtaliyanın Genuya şəhəri yaxınlığında körpünün uçması nəticəsində onlarla insan vəfat edib.

ARANTV.AZ xəbər verir ki, bu barədə çərşənbə axşamı “Rai News 24” telekanalı məlumat yayıb.

Körpü dağılarkən onlarla avtomobilə ziyan dəyib.

Telekanalın məlumatına görə, dağıntılar altında insanlar qalıb. Körpünün uçması qaz borularının zədələnməsi və qaz sızmasına səbəb olub.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment