Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.

ƏƏSMN-dən Ölkə.az-a verilən məlumata görə, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir