Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı – VİDEO

Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı – VİDEO

Suriyanın nəqliyyat naziri Yərub Bədr yeni tikilmiş magistral yolun keyfiyyətini maraqlı üsulla yoxlayıb.

Nazir yolun hamar olub-olmadığını su ilə dolu stəkan vasitəsilə sınaqdan keçirib.

Belə ki, Yərub Bədr su ilə doldurulmuş stəkanı avtomobilinə yerləşdirərək yeni salınmış yolda hərəkət edib. Səfər boyunca stəkandakı suyun tökülmədiyini görən nazir “Yaxşı yol çəkiblər” deyib.

Suriyalı nazirin bu sınağı sosial mediada diqqət çəkib. İstifadəçilər onun yolun keyfiyyətini bu üsulla yoxlamasını maraqla qarşılayıblar./milli.az/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir