Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanda MDB sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Vladimir Putin İlham Əliyevlə tədbir çərçivəsində “ayaqüstü” ünsiyyət saxlayıb.
“Putin ayrıca, ayaqüstü Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət edib”, – deyə Peskov bildirib.
Kremlin sözçüsü liderlərin söhbətinin məzmunu ilə bağlı hər hansı məlumat verməyib.
Qeyd edək ki, Vladimir Putin oktyabrın 8-9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev də Türkmənistanda keçirilən yüksək səviyyəli tədbirlərə qatılıb.
E.Məmmədəliyev,
Musavat.com

