Narkotik maddə almaq üçün ticarət mərkəzindən oğurluq etdi
Nərimanov rayonunda yerləşən ticarət mərkəzində oğurluğa cəhd olub.
ARANTV.AZ-ın xəbərinə görə, Anar Quliyev adlı şəxs Gənclik Mall Ticarət Mərkəzində kişi gödəkçəsi oğurlayan zaman işçilər tərəfindən yaxalanıb. Oğurluq edən şəxs ərazi üzrə Nərimanov RPİ-nin 18-ci polis bölməsinə təhvil verilib. Saxlanılan şəxs izahat verən zaman məlum olub ki, o, narkotik istifadəçisidir. Elə oğuluğuda ona görə etmək istəyib ki, gödəkçəni dəyər-dəyməzinə satıb istifadəsi üçün narkotik maddə alsın.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.ölkə.az

