Xankəndidə müasir teleqüllə ucaldılır – Yeni görüntülər

Xankəndidə müasir teleqüllə ucaldılır – Yeni görüntülər

Xankəndi şəhərinin yaxınlığında, Şuşa ilə üzbəüz mövqedə inşa olunan müasir teleqüllənin tikintisi davam edir.

ARANTV.AZ oxu.az-a istinadla xəbər verir ki, dəniz səviyyəsindən 1 596 metr yüksəklikdə inşa edilən teleradio yayımı stansiyasının qülləsinin hündürlüyü 128 metr olacaq.

Layihənin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzur regionlarında televiziya və radio yayımlarının əhatə dairəsinin genişləndirilməsinə imkan verəcək.

 

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir