İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib

İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın Sulavesi adasının şimalında, Minahasa yarımadası rayonunda 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Report xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Gorontalo şəhərindən 154 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 184 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir