Hadisə 

Əcnəbiyə qarşı quldurluq edən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Viktor Çekunovun CM-nin 181-ci (quldurluq) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 26-da əcnəbi vətəndaş Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək, onun mobil telefonunu alan əvvəllər məhkum olunmuş Viktor Çekunov saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış avqustun 20-nə təyin edilib.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment